Sel suları 35 kV-luq hava xətti üçün təhlükə yaratdı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Sel suları 35 kV-luq hava xətti üçün təhlükə yaratdı - Foto

Hadisə

13 May 2020 11:01 825


Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejimini davam etdirir.

Yenisabah.az xəbər verir ki, Quba rayonunda 35 kV-luq “Təngaltı” və “Ulduz- 2” hava veriliş xətləri keçən ərazidə sel sularının artması nəticəsində çay öz vadisindən çıxıb elektrik dayağının fundamentini yumaq təhlükəsi ilə üzləşib. 

Operativ olaraq əraziyə cəlb olunan texnikanın köməyi ilə çayın məcrası dəyişdirilib və qəzanın qarşısı alınıb. Mövcud hava durumu ilə əlaqədar ərazilərə əlavə mal - material və texnika ayrılıb.  Dördpendirli pizza

Qərb rayonlarında və o cümlədən “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı idarəsinin ərazisində olan Göyçay və Ağsu rayonu ərazisində də elektrik enerjisi təsərrüfatına ciddi ziyan dəyib. Təmir- bərpa işləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!