“Bu iddialar yalnız ehtimallardır. Amma ola bilər”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.
O, Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatı sammitinin kuluarları çərçivəsində Prezident İlham Əliyev və Rusiya dövlət başçısı Vladimir Putin arasında yeni görüşün baş tutması və yeni üçtərəfli bəyanatın imzalanması ehtimalını şərh edib: Sezar pizza
“Bu iddialar yalnız ehtimallardır. Ola bilər, amma belə bir şey olacağını düşünmürəm. Yeni üçtərəfli bəyannamənin imzalanması üçün Ermənistan rəhbəri də orada iştirak etməlidir. Nikol Paşinyan Səmərqənddə olmayandan sonra bunun nə mənası var?!
Paşinyanın iştirakı olmadan imzalanan bəyanatın çox da səmərəli olacağını düşünmürəm. Amma Azərbaycan və Türkiyə, yaxud Türkiyə və Rusiya arasında strateji məsələlər üçün müttəfiqlik haqqında bəyanat imzalaya bilərlər. Hətta bunun da ehtimalı azdır. Buna hazırlıq da getmir. Mənim yeni bəyanatlarla bağlı hər hansı gözləntim yoxdur”.
Siyasi şərhçi Natiq Miri də yeni bəyannamənin Ermənistanın iştirakı olmadan imzalanacağının qeyri-mümkünlüyü fikrindədir:
“Bu üç tərəfin də iştirakının vacib olduğu məsələdir. 2020-ci il noyabrda imzalanan sənəd hər üç dövlət rəsmisinin bilavasitə iştirakı və razılığı ilə imzalanıb. Həmin sənəddə konkret öhdəliklər var. Bu öhdəliklər yerinə yetirilməyib. Əslində, son qarşıdurmaların əsas səbəbi də məhz budur. Çünki Ermənistan vaxt qazanmaqla prosesləri sabotaj edir və yeni havadarlar axtarmaqla öz mövqelərini gücləndirmək istəyir.
Həmçinin, Rusiyanın ya zəifliyini, ya da onun sülh prosesində maraqlı olmadığını göstərir”.
N. Miri əlavə edib ki, legitim yeganə vasitəçi Rusiyadır:
“Paşinyanı indi tutduğu yola vadar edən qlobal güclər var. Mən Fransa və ABŞ-ı nəzərdə tuturam. 10 noyabrdakı müddəalar yerinə yetirilmədiyi üçün ikinci üçtərəfli bəyanatın imzalanması absurddur. İstənilən bəyanatın qəbul olunması heç nəyi dəyişməyəcək. Nikol Paşinyanı buna məcbur edilməlidir. Bunun da konkret yolları var”.
İmamət İSMAYILOVA
Telegram kanalımız