Səmərqəndə uçan təyyarə Bakıda məcburi eniş etdi

saytların hazırlanması

Evə çatdırılma

Səmərqəndə uçan təyyarə Bakıda məcburi eniş etdi

Hadisə

04 Sentyabr 2025 09:35 340


İstanbul–Səmərqənd marşrutu üzrə uçuş həyata keçirən “Centrium Air” aviaşirkətinə məxsus Airbus A321 tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş ilə bağlı müraciət edib.

“Yeni Sabah” xəbər verir ki, buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətində yaranan qəfil pisləşmə olub. 

Təyyarə yerli vaxtla saat 08:29-da Bakı hava limanına uğurla eniş edib. Pepperoni pizza

Hava limanının bütün aidiyyəti xidmətləri dərhal yüksək hazırlıq vəziyyətinə gətirilib. Tibbi heyət tərəfindən sərnişinə yerində ilkin yardım göstərilib, vəziyyəti qiymətləndirildikdən sonra isə onun paytaxt xəstəxanalarından birinə yerləşdirilməsinə qərar verilib.

Qeyd edək ki, sərnişinlərin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi Heydər Əliyev Beynəlxalq Aeroportunun əsas prioritetidir. Bu məqsədlə bütün xidmətlər operativ və tam koordinasiya olunmuş rejimdə fəaliyyət göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!