Şəmkirçay su anbarında batan gəncin meyiti tapılıb.
Yenisabah.az xəbər verir ki, 2003-cü il təvəllüdlü Hüseynov Tofiq Mətləb oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. /APA
Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi ərazisində Şəmkirçay su anbarında şəxsiyyəti hələlik məlum olmayan bir nəfər batıb.
Fövqəladə Hallar Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, “112” qaynar xəttinə bu barədə məlumat daxil olub.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Telegram kanalımız