Şəmkirdə 200 manata görə oğru ev sahibini bıçaqladı

saytların hazırlanması

Evə çatdırılma

Şəmkirdə 200 manata görə oğru ev sahibini bıçaqladı

Kriminal

06 Sentyabr 2019 21:14 1523


Şəmkir rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə ev sahibini bıçaqla yaralayan şəxs saxlanılıb.

“Yeni Sabah” “BAKU.WS” saytına istinadən xəbər verir ki, aparılan ilkin istintaq zamanı müəyyən edilib ki, saxlanılan 21 yaşlı Rauf Vəliyev qarət məqsədi ilə Xuluflu kənd sakini Elçin Atakişiyevin yaşadığı evə girib. Lakin ev sahibi oyanıb. Bunu görə R.Vəliyev ev sahibinə üzərində gəzdirdiyi bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb.

"Təcili 200 manat pul lazım idi. Evdə kimsənin olmadığını zənn etdim. Çünki elə planlaşdırmışdım. Lakin ev sahibi evdə oldu və səsə oyandı. Qaçmaq üçün onu qolundan bıçaqladım." Sezar pizza

Qeyd edək ki, R.Vəliyevin cinayət zamanı istifadə etdiyi maska və bıçaq da sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi açılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!