Şəmkirdə bıçaqlanan 10-cu sinif şagirdi xəstəxanada öldü

saytların hazırlanması

Evə çatdırılma

Şəmkirdə bıçaqlanan 10-cu sinif şagirdi xəstəxanada öldü

Kriminal

02 Oktyabr 2024 11:24 869


Şəmkir rayon Mahmudlu kəndində baş verən hadisə ilə bağlı daha bir açıqlama verilib. 

Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, 01 oktyabr tarixində axşam saatlarında  Şəmkir rayon Mahmudlu kənd Y.Əsgərov adına tam orta məktəbin 10-cu sinif şagirdi həmyaşıdı, Şəmkir rayon Peşə liseyinin şagirdinə aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib. 

"Xəsarət alan şagird tibb müəssisəsinə yerləşdirilsə də,  təəssüf ki, həyatını xilas etmək mümkün olmayıb.  pizza

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır", - açıqlamada qeyd olunur./Modern.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!