Şəmkir rayonunun Kür qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən "Yeni Sabah"a verilən məlumata görə, martın 6-da saat 17 radələrində Şəmkir rayonunun Kür qəsəbəsi ərazisində Qılıncbəyli kənd sakini Ş.Məmmədov idarə etdiyi “QAZel” markalı avtomobili yolun kənarındakı dirəyə vurub.
Nəticədə avtomobildəki sərnişinlərdən Kür qəsəbə sakini S.Həşimov hadisə yerində ölüb, digər sərnişin xəstəxanaya yerləşdirilib. pizza sifarişi
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.
Telegram kanalımız