Şəmkirdə qəza: TƏBİB xəsarət alan şəxslərin vəziyyətini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Şəmkirdə qəza: TƏBİB xəsarət alan şəxslərin vəziyyətini açıqladı

Sosial

09 Fevral 2026 11:44 363


Şəmkir rayonu ərazisində ötən gün baş verən avtomobil qəzası nəticəsində xəsarət alanlardan ikisinin vəziyyəti orta ağırdır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Fevralın 8-də saat 16:30 radələrində Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət almış 3 kişi Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Pepperoni pizza

Hazırda 1993 və 1994-cü il təvəllüdlü şəxslərin müalicələri Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir. 1997-ci il təvəllüdlü şəxs isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Xatırladaq ki, hadisə rayonun Sabirkənd kəndi ərazisində qeydə alınıb.

1993-cü il təvəllüdlü Zəngilan rayon sakini Sücəddin Şükürlünün idarə etdiyi "Tofaş" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında olan ağaca çırpılıb.

Hadisə zamanı 1988-ci il təvəllüdlü Altun Mustafayev sərnişin, İsmayıllı rayon sakini dünyasını dəyişib.

Sərnişinlər - 1994-cü il təvəllüdlü Quba rayon sakini Samir Qurbanov və 1997-ci il təvəllüdlü Şamaxı rayon sakini Namiq Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!