Şəmkirdəki yanğınla bağlı nazirlikdən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Şəmkirdəki yanğınla bağlı nazirlikdən açıqlama

Sağlamlıq

18 Avqust 2019 10:54 1366


Şəmkirin Sarıtəpə kəndində ailə münaqişəsi zəminində sərxoş ər gecə saatlarında qaynanası yaşayan evi yandırıb. Bu zaman evdə onun 24 yaşlı həyat yoldaşı, iki yaşlı oğlu və 54 yaşlı qaynanası olub. Azyaşlı uşaq aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib. 54 yaşlı qaynana və onun 24 yaşlı qızı kritik vəziyyətdə Şəmkir Mərkəzi Rayon xəstəxanasına çatdırılıblar.

“Yeni Sabah” xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, yaralıların vəziyyətini nəzərə alan həkimlər ilkin yardımdan sonra ixtisaslaşdırılmış tibbi yardım göstərilmasi üçün onları paytaxta köçürmək qərarına gəliblər. Hazırda ağır vəziyyətdə olan yaralılar xüsusi avadanlıqlarla təchiz edilmiş təcili yardım avtomobili ilə 5 saylı xəstəxananın yanıq şöbəsinə gətirilirlər. Qaynanın bədəninin 50 faiz, 24 yaşlı qızın bədəninin 70 faiz yanması bildirilir.

Xəstələrə müvafiq tibbi yardımın göstərilməsi üçün 5 saylı xəstəxananın yanıq şöbəsinə mütəxəssislər dəvət edilib. Yaralıların müalicəsini Səhiyyə Nazirliyi nəzarətə götürüb. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!