Şəmsi Səmədzadə necə həbs olunub?   - Detallar açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Şəmsi Səmədzadə necə həbs olunub? - Detallar açıqlandı

Kriminal

04 Fevral 2026 19:57 3753


Gürcüstan dövləti tərəfindən saxlanılan tanınmış azərbaycanlı iş adamı Şəmsi Səmədzadənin (Səmədoğlu) həbsinin detalları məlum olub. 

"Yeni Sabah" xəbər verir ki, Şəmsi Səmədzadə və oğlu Niyazi Səmədzadə soydaşlarımızın kompakt yaşadığı Gürcüstan ərazisində gecə saatlarında 10 baş iribuynuzlu heyvanı oğurlayarkən ifşa edilib. Azərbaycanlı iş adamı və oğlu yaxın günlərdə Gürcüstan dövləti tərəfindən məhkəməyə çıxarılacaq.

Xatırladaq ki, Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış sahibkar olub. O, 2000-ci ildə, yəni 36 yaşında həbs edilərək, ömürlük cəzaya məhkum edilib. Şəmsi Səmədzadə Prezidentin əfv Sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb./Demokrat.az Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!