Şəmsi Səmədzadə yoxa çıxıb

saytların hazırlanması

Evə çatdırılma

Şəmsi Səmədzadə yoxa çıxıb

Kriminal

06 Fevral 2026 09:14 1869


Son günlər Azərbaycan mediasında iş adamı Şəmsi Səmədzadənin (Səmədoğlu) Gürcüstan ərazisində saxlanılması ilə bağlı məlumatlar yayılıb. Məsələ ilə bağlı Gürcüstanın rəsmi qurumları tərəfindən indiyədək hər hansı açıqlama verilməyib. 

“Yeni Sabah” xəbər verir ki, Modern.az mövzu ilə bağlı araşdırma aparıb. Gürcüstan Daxili İşlər Nazirliyinə göndərilən sorğuya rəsmi cavab verilməyib. 

Gürcüstanın Kvemo-Kartli bölgəsində fəaliyyət göstərən, azərbaycandilli aktual.ge saytının və "Aktual Media"nın rəhbəri, jurnalist İlkin Hüseynov da saytımıza açıqlamasında bildirib ki, Gürcüstanın hüquq-mühafizə orqanları, xüsusilə də Daxili İşlər Nazirliyi bu məsələ ilə bağlı hər hansı rəsmi məlumat yaymayıb pizza mizza

"Bu məlumatla bağlı yalnız Azərbaycan KİV-lərində xəbərlərə rast gəlinir. Gürcü mətbuatında isə məsələ ilə əlaqədar hər hansı bir məlumat yer almayıb. Azərbaycan KİV-ləri Gürcüstanda azərbaycanlı iş adamının saxlanıldığını yazsa da, hadisənin ölkənin hansı bölgəsində baş verdiyi məlum deyil. Bundan əlavə, Gürcüstanın hüquq-mühafizə orqanları, xüsusilə də Daxili İşlər Nazirliyi bu məsələ ilə bağlı hər hansı rəsmi məlumat yayımlamayıb. Bəzi hallarda cinayət törətməkdə şübhəli bilinən şəxslər saxlanıldıqdan bir neçə gün sonra DİN tərəfindən rəsmi açıqlama verilir. Lakin hazırkı mərhələdə soruşduğunuz mövzu ilə bağlı təsdiqlənmiş rəsmi məlumat mövcud deyil".

Xatırladaq ki, Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub. O, 2000-ci ildə, yəni 36 yaşında həbs edilərək, ömürlük cəzaya məhkum edilib.

Şəmsi Səmədzadə əfv sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!