“Sən də, ərin də dovşansız” deyən polis işdən çıxarıldı - Video

saytların hazırlanması

Evə çatdırılma

“Sən də, ərin də dovşansız” deyən polis işdən çıxarıldı - Video

Kriminal

09 İyun 2020 09:58 4642


Daxili İşlər Nazirliyi dünən qadına “sən də, ərin də dovşansız” deyən polislə bağlı açıqlama yayıb.

DİN-in Mətbuat Xidmətindən Yenisabah.az-a bildirilib ki, iyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib.

Həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və ondan üzr istənilib. pizza mizza

Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!