YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Şənbə günü hava necə olacaq?

Şənbə günü hava necə olacaq?

Sosial

30 Sentyabr 2022 12:42 588


Milli Hidrometeorologiya Xidməti oktyabrın 1-nə gözlənilən hava proqnozunu açıqlayıb.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və  Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim şimal küləyi əsəcək. 

Havanın temperaturu gecə 19-21° isti, gündüz  25-28°  isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz  25-27° isti gözlənilir.  

Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət  65-75% olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19° isti, gündüz  29-33° isti, dağlarda gecə 5-10° isti, gündüz 16-21° isti olacaq.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!