Qar yağacaq, 15 dərəcə şaxta olacaq -   ŞƏNBƏNİN HAVASI

saytların hazırlanması

Evə çatdırılma

Qar yağacaq, 15 dərəcə şaxta olacaq - ŞƏNBƏNİN HAVASI

Sosial

30 Yanvar 2026 12:32 2280


Yanvarın son günündə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Bu barədə “Yeni Sabah”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Havanın temperaturu gecə 3-6, gündüz 12-17 dərəcə isti olacaq. Marqarita pizza

Atmosfer təzyiqi 756 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 55-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 10-15 dərəcə isti olacaq.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vüsal
    Xəbərin başlığı 15 dərəcə şaxta olacaqdır. Xəbərin içində isə 15 dərəcə şaxta ilə bağlı heç bir məlumat yoxdur. Bu nə məna kəsb edirki? Aldadırsız camaatı?
    4 months ago