70 milyon barrelədək neft və kondensat göndərildi

saytların hazırlanması

Evə çatdırılma

70 milyon barrelədək neft və kondensat göndərildi

İqtisadiyyat

13 May 2019 15:38 861


Cari ilin ilk 3 ayında Səngəçal terminalı üçüncü tərəf həcmləri də daxil olmaqla 69 milyon barreldən çox neft və kondensat, o cümlədən 61 milyon barreldən artıq Bakı-Tbilisi-Ceyhanla (BTC) və təqribən 8 milyon barrel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə (QİBK) ixrac edib.

“BP Azerbaijan” şirkətindən “Yeni Sabah”a bildirilib ki, rüb ərzində terminaldan, həmçinin gündəlik orta hesabla 47 milyon standart kubmetr (1 milyard 656 milyon standart kubfutdan çox) “Şahdəniz” qazı ixrac olunub.

Yanvar-mart aylarında AÇG ilə “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barrel neft və “Şahdəniz” qazı üçün təqribən 80 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetr təşkil edir. Sezar pizza

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!