“Sepah” zabitləri Suriyanı tərk edir – İddia

saytların hazırlanması

Evə çatdırılma

“Sepah” zabitləri Suriyanı tərk edir – İddia

Dünya

01 Fevral 2024 17:39 793


İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK - "Sepah") İsrailin Suriyaya silsilə zərbələrindən sonra bu ölkədəki yüksək rütbəli iranlı zabitlərin sayını azaltmaq qərarına gəlib.

Yenisabah.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə mənbələr danışıb.

İİKK-nin bir neçə yüksək rütbəli hərbçisi Suriyanı tərk edib, lakin hələlik İran silahlı qüvvələrinin ölkədən tam çıxarılmasından söhbət getmir. pizza hut

Mənbə qeyd edib ki, İran regionda təsirini saxlamaq üçün müttəfiq şiə qruplarına daha çox güvənməyə başlayacaq.

Suriyanı tərk edən İİKK zabitlərinin dəqiq sayı bilinmir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!