Separatçı ordu ləğv edilir: “Razılaşma var” - Abramyan

saytların hazırlanması

Evə çatdırılma

Separatçı ordu ləğv edilir: “Razılaşma var” - Abramyan

Siyasət

12 Noyabr 2022 16:14 6007


Qarabağın dağlıq hissəsindəki separatçı ordunun ləğvi məsələsi yenidən gündəmə gətirilir.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Tiqar Abramyanın açıqlamasında deyilib.

Onun sözlərinə görə, məsələ əvvəllər Azərbaycanın təşəbbüsü və tələbi ilə həyata keçirilirdisə, indi həm Ermənistan hökuməti, həm də separatçı rejimin özü tərəfindən aktivləşdirilir və müzakirə olunur. Dördpendirli pizza

Abramyan bildirib ki, separatçı qüvvələrin tam ixtisarı beynəlxalq və ya Qarabağın dağlıq hissəsindəki Rusiya sülhməramlılarının zəmanəti kontekstində gündəmə gətirilir.

“Burada birinci problem ondan ibarətdir ki, Ermənistan hökuməti bu mövzunu gündəmin müzakirə, daha dəqiq desək, sövdələşmə mövzusuna çevirib”, - deputat vurğulayıb.

O, bu məsələnin Ermənistan hökuməti və Xankəndidəki separatçı rejim arasında razılaşdırıldığını iddia edib.

Abramyan “müdafiə ordusu”nun bölgədəki qondarma respublikanın “sonuncu istinad divarı” olduğunu və bunun da dağıdılmasına başlanılacağını söyləyib./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!