Separatçılar bir-birini ittiham edir

saytların hazırlanması

Evə çatdırılma

Separatçılar bir-birini ittiham edir

Rəsmi

06 May 2023 10:20 1023


Qarabağdakı separatçı rejimə məxsus QHT-lər və “siyasi qüvvələr” son günlər fəallıqlarını artırıblar.

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, tanınmamış rejimin “Vahid Vətən partiyası”nın “sədri”, “müdafiə ordusu”nun keçmiş “komandan”ı Samvel Babayan da fəallar arasındadır:

“O, Xankəndinin Mədəniyyət Sarayında daha bir görüş təşkil edib. O, mövcud vəziyyətlə bağlı Nikol Paşinyanı deyil, əksinə, “Artsax”ın keçmiş və indiki “hakimiyyətlər”ini günahkar elan edərək, “Artsax”dakı vəziyyəti şərh edib. Pepperoni pizza

O bildirib ki, keçid məntəqəsi yaradılmazdan əvvəl Azərbaycan dəfələrlə həmin yolda ermənilərin silah və sursat daşıması barədə məlumatlar yaymışdı:

“Buna baxmayaraq, Ermənistan hakimiyyəti azərbaycanlıların yolu bağlamaq üçün zəmin hazırladıqlarını görməli və addımlar atmalı idi. Çünki azərbaycanlılar artıq orada skaner aparatları da quraşdırıb”.

Babayan adını çəkməsə də, Ruben Vardanyana qarşı da danışıb. O bildirib ki, imzatoplama kampaniyası heç bir nəticə verməyəcək, çünki 90-cı illərdə də belə cəhd olub və nəticəsiz qalıb:

“Aydındır ki, Babayan “dövlət naziri” “vəzifə”sinə can atır, lakin “Artsaxın prezident aparatı” ona bu “vəzifə”nin təklif olunmayacağını açıqlayıb. Babayan geri çəkilməmək, ictimai birliyi təmin etmək və oturaq aksiya elan etmək qərarına gəlib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!