Separatçılar kimi və nə ilə hədələyirlər? -   Moskva şantajı dəstəkləyir

saytların hazırlanması

Evə çatdırılma

Separatçılar kimi və nə ilə hədələyirlər? - Moskva şantajı dəstəkləyir

Siyasət

20 İyul 2023 21:41 2431


Qarabağ ətrafında cərəyan edən hadisələrin gedişi göstərir ki, Rusiya XİN-in 15 iyulda yayımladığı təxribatçı bəyanat Qarabağdakı qondarma rejim, separatçılar və Ermənistandakı Rusiya yandaşları üçün hərəkətə keçməyə dair siqnal xarakteri daşıyıb.

Yenisabah.az Azpolitika-ya istinadla xəbər verir ki, həmin bəyanatdan sonra Xankəndidə aktivlik artıb, “aksiyalar” keçirilməyə, beynəlxalq ictimaiyyətə, ayrı-ayrı dövlətlərə çağırışlar edilməyə başlanıb. Hətta qondarma qurumun başçısı Araik Arutyunyan da aksiyalara qoşularaq, özü üçün “çadır kabineti” yaradıb və oradan Laçın yolunun açılması və digər tələblərin yer aldığı bəyanatlar verir.

O, bildirib ki, beynəlxalq birlik öz öhdəlliklərini (?) yerinə yetirməlidir. Ardınca, separatçıların başçısı rəsmi Bakı başda olmaqla, hamını təhdid edərək, bildirib: “Əgər beynəlxalq müdaxilə vasitəsilə bir həftə ərzində dağlıq Qarabağdakı vəziyyət stabil məcraya qaytarılmasa, daha sərt hərəkətlərə əl atacağıq”. Arutyunyanın “köməkçisi” Vladimir Qriqoryan da atılacaq “sərt addımlar”dan danışıb. Ancaq nə Arutyunyan, nə də digərləri bu addımların nədən ibarət olacağını açıqlamayıblar. pizza

Separatçıların hansı təxribatları planlaşdırmalarından asılı olmayaraq, bunun arxasında Rusiyanın dəstəyinin durduğu heç bir şübhə doğurmur. Artıq Kremlin separatçılara hər cür informasiya dəstəyi verdiyi müşahidə olunur.

Rusiya KİV-ləri Xankəndidəki aksiyanı gen-bol işıqlandırmaqla yanaşı, separatçıları müxtəlif rəsmi adlarla təqdim edir. Məsələn, Rusiyanın dövlət agentliyi olan TASS Araik Arutyunyanı “tanınmamış dağlıq Qarabağ respublikasının prezidenti” kimi təqdim edərək, ondan sitatlar gətirib. TASS agentliyinin rəsmən birbaşa Kremlin tabeliyində olduğu heç kimə sirr deyil və bu rəsmi KİV-in separatçıları bu cür təqdim etməsi bir daha Moskvanın həmişəki kimi çirkin oyunlar qurduğunu və hazırda Xankəndidə yaşanan və gözlənilən təxribatların əsas ilhamvericisi və sponsoru olduğunu təsdiqləyir.

Maraqlı olan odur ki, Xankəndidəki çürümüş, çökmüş, tükənmiş qondarma rejim “sərt addımlar” deyərkən nəyi nəzərdə tutur? Əgər söhbət Qarabağdakı 10-12 minlik qanunsuz erməni hərbi birləşməsinin hansısa hərbi əməliyyat keçirə biləcəyindən gedirsə, bu, Azərbaycan üçün ən məqbul variant olardı. Zatən bu qruplaşmanın “başının əzilməsinin” vaxtı çoxdan çatıb və Azərbaycan ordusu üçün bunu bir neçə günə həyata keçirmək və bu quldur yuvasının külünü göyə sovurmaq heç bir çətinlik yaratmaz. Bu baxımdan “sərt addımlar” deyərkən hansısa hərbi gücdən istifadənin nəzərdə tutulması qətiyyən inandırıcı görünmür.

Söhbət yəqin ki, Qarabağda yaşayan ermənilərin, mülki vətəndaşların iştirakı ilə hansısa kütləvi təxribatdan, məsələn, Laçındakı sərhəd-keçid məntəqəsinə doğru yürüşdən gedə bilər. Bu zaman isə guya Azərbaycanın dinc sakinlərə atəş açdığına dair görüntü yaradıla bilər. Reallıqda isə bunu Rusiya “sülhməramlıları”, yaxud qanunsuz erməni hərbi birləşmələrinin özü edəcək. Hər bir halda məqsəd beynəlxalq ictimaiyyətdən Azərbaycana qarşı mənfi münasibət, tənqid və təzyiq qazanmaq, eyni zamanda Rusiya hərbi kontingentinin bölgədə qalmasının vacibliyinə dair görüntü yaratmaq, eləcə də Qərbi və “qərbpərəst” Paşinyan hökumətini şantaj etməkdir.

Bütün bunların hası formada, hansı mexanizmlər əsasında həyata keçiriləcəyi hələ ki, bəlli deyil. Ancaq yəqin ki, Azərbaycan xüsusi xidmət orqanları bu planlardan xəbərdardırlar və dövlətimiz, ordumuz istənilən təxribatın qarşısını sərt addımlarla almağa qadirdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!