Rusiya sülhməramlı qüvvələrinin yeni təyin olunmuş komandanı general-polkovnik Aleksandr Lentsov Bakıya yola düşməzdən əvvəl 2 dəfə Qarabağ separatçıları ilə görüşüb.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, general qondarma rejimin “dövlət naziri” Qurgen Nersisyan və “prezident” Araik Arutyunyanla müzakirələr aparıb.
Erməni nəşri yazır ki, ikinci görüş “prezident aparatı”nda deyil, əksinə, sülhməramlı qoşunların Xocalıda yerləşən qərargahında baş tutub. Toyuqlu pizza
“Bu isə o deməkdir ki, “Artsax rəsmiləri” görüşə daha çox maraq göstərirlər. Xankəndidə hesab edirlər ki, general Lentsov onların son ümididir.
Mənbələrimiz bildirir ki, Lentsov Xocalıdakı görüşdə onlar üçün də arzuolunmaz vəziyyətin yarandığını, lakin bütün suallara yalnız Bakıdan qayıdandan sonra cavab verə biləcəyini deyib”, - məlumatda deyilir.
Telegram kanalımız