Separatçılar Qarabağda təxribat törətməyə davam edir - MN açıqlama yaydı

Separatçılar Qarabağda təxribat törətməyə davam edir - MN açıqlama yaydı

Siyasət Veb saytların hazırlanması

04 İyun 2023 15:20 3284


İyunun 4-ü saat 04:20-dən saat 13:55-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri atəşə tutulub.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Bundan başqa, saat 12:20 radələrində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!