Separatçılar silahsız qaldı -   Qanunsuz ordu tərki-silah olunur?

saytların hazırlanması

Evə çatdırılma

Separatçılar silahsız qaldı - Qanunsuz ordu tərki-silah olunur?

Siyasət

02 May 2023 17:05 2175


“Laçın-Xankəndi yolu üzərində nəzarət-buraxılış məntəqəsi qurulandan sonra Qarabağdakı vəziyyət yeni mərhələyə keçib. Yəni Qarabağa daxil olan və Qarabağdan çıxan bütün hər şey nəzarətimizdə olacaq. Xüsusən, separatçı rejimin qeyri-qanuni birləşmələrinə məxsus olan silah-sursat və bölmələrin daşınması artıq həyata keçirilməyəcək”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Elxan Şıxəliyev deyib.

Hərbi ekspertin fikrincə, bölgədə separatçı rejimin tabeliyində olan qeyri-qanuni birləşmələr ləğv edilməlidir: Toyuqlu pizza

“Bu qeyri-qanuni birləşmələr silahsızlaşdırılmalıdır. İlk növbədə, onların üzvləri ən yuxarı rütbədən başlayaraq, Qarabağı tərk etməlidir və biz onlara bu seçimi veririk. İkinci variantda onlar silahları yerə qoyub mülki vətəndaşlara qatıla bilərlər. Üçüncüsü isə odur ki, əgər sadaladığım 2 həll yolundan heç birini etmək istəməsələr, artıq onlar terrorçu qruplaşmalar kimi legitim hədəfə çevriləcək. Yəni Azərbaycan ordusu onların üzərində əməliyyatlar həyata keçirə biləcək”.

“Onlar bundan sonra silahların necə təhvil-təslim edilməsi, habelə inteqrasiyanın necə olması barəsində düşünməlidirlər. O hərbi hissələrdən biri Ağdərədə, biri Xocavənddə, digəri isə Suqovuşanda idi. Hazırda həmin bölmələr Təpəkəndə (Tonaşen) tərəf çəkilib. Xankəndidə separatçı ordunun qərargahı və əlahiddə bölmələri mövcud idi”.

Mütəxəssis təklif edib ki, bölgənin Azərbaycanın yurisdiksiyasına keçməsi mərhələsində separatçılara məxsus hərbi hissələrin inzibatı binaları  Azərbaycana təhvil verilməlidir:

“Onların narahatlığı başa düşüləndir. Çünki ərazimizdə həyata keçirilən qeyri-qanuni addımları Laçında quraşdırılan NBM vasitəsilə sıfıra endirdik. Onlar Azərbaycan vətəndaşlığını alana qədər sərhədçilərimiz onlara loyal yanaşacaq.Ya mülki əhali kimi yaşayacaq, ya da buradan gedəcəklər”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!