Separatçılar “üçtərəfli görüş” istəyir:   Rədd ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Separatçılar “üçtərəfli görüş” istəyir: Rədd ediləcək

Siyasət

26 Avqust 2023 20:42 3541


Separatçıların lideri Araik Arutyunyan müqavimət güclərinin azaldığını anlayır. Onun yeni hiyləsi Rusiyanın vasitəçiliyi ilə Azərbaycanın hökumət təmsilçiləri ilə növbəti dəfə Xocalıda görüşün təşkilidir.

Yenisabah.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ötən gün separatçı dəstənin “dövlət naziri” Qurgen Nersisyanın Rusiyanın vasitəçiliyi ilə “dialoq” çağırışı haqda qeyd edib.

Politoloqun sözlərinə görə, Arutyunyan Qurgen Nersisyanı qabağa verib: pizza mizza

“Separatçı dəstənin “dövlət naziri” Azərbaycan hökumətinin təmsilçiləri ilə görüşmək istədiklərini açıqlayıb. Görüş istəsələr də, azərbaycanlılarla üzbəüz qalmaqdan qorxurlar, tələb edirlər ki, masada ya Rusiya, ya da hansısa qeyri-müəyyən üçüncü tərəf otursun. Bu, Azərbaycanın maraqlarına cavab vermir. Üçüncü tərəfin iştirakıyla görüşə razılaşmaq məsələni beynəlliləşdirmək deməkdir. Havalar soyumağa başladıqca vəziyyətləri daha da ağırlaşacaq və onda vasitəçisiz görüşməkdən başqa alternativləri qalmayacaq, ya da sürətlə Qarabağı boşaltmağa başlayacaqlar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!