Separatçıların işi məhkəməyə göndəriləcək - Baş prokuror

saytların hazırlanması

Evə çatdırılma

Separatçıların işi məhkəməyə göndəriləcək - Baş prokuror

Kriminal

05 Sentyabr 2024 10:56 668


Azərbaycanın Baş prokuroru Kamran Əliyev qondarma “Dağlıq Qarabağ”ın keçmiş “hərbi və siyasi liderləri”nin işindən danışıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Kamran Əliyev Rusiya mətbuatına açıqlama verib. 

O deyib ki, separatçı rəhbərləin ilkin istintaq başa çatıb, materiallar yaxın vaxtlarda məhkəməyə veriləcək.  Sezar pizza

“Bu cinayət işində çoxlu zərərçəkən var”, - deyə Baş prokuror qeyd edib. 

Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda mövcud olmuş separatçı rejimin rəhbərləri Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, qondarma “xarici işlər naziri” David Babayan, “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək istintaqa cəlb edib. Onlar hazırda Bakıdakı təcridxanada saxlanılırlar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!