Separatçıların Laçın postuna yürüşü:   “Saman çöpündən də yapışırlar”

saytların hazırlanması

Evə çatdırılma

Separatçıların Laçın postuna yürüşü: “Saman çöpündən də yapışırlar”

Siyasət

05 Avqust 2023 13:37 22799


“Suda boğulan özünü xilas etməkdən ötrü saman çöpündən də yapışır. Ermənilər də haqq-ədalət qarşısında son durumlarını yaşayıb vəziyyətdən çıxmaq üçün çabalayırlar. Buna görə də belə müxtəlif oyunbazlığa əl atırlar”.

Bu sözləri Milli Məclisin üzvü Elman Məmmədov deyib.

O, Qarabağ ermənilərinin Laçın postuna yürüş həyata keçirmək üçün sülhməramlılardan kömək istəməsinə dair məlumatı şərh edib. Dominos pizza

“Bir tərəfdən, Azərbaycan ərazilərinə “humanitar yardım” adı altında quldur dəstəsi göndərir, digər tərəfdən, Qarabağın daxilində sıravi erməniləri separatçı cinayətkarlar səfərbər edirlər. Onların bütün tarixi, həyatı, ömürləri saxtakarlıq, hiyləgərlik və oyunbazlıqdır. İndi baş verənlər də növbəti ikiüzlülükdür. Azərbaycan bütün bu hoqqabazlıqlar cavab verməyə hazırdır. Ermənilərin etdikləri heç bir nəticə verməyəcək. 

Cənab Prezident dəfələrlə deyib ki, biz heç kimi ərazimizdə zorla tutub saxlamırıq, ancaq kim torpağımızda yaşayırsa, vətəndaşımız olmalıdır. Əgər vətəndaşımız deyilsə və bizi bəyənmirsə, bizimlə birgəyaşayışa razı deyilsə, yol açıqdır. Onların Ermənistana adlı dövləti var, gedib orada yaşaya bilərlər”.

Bu gün həmin Ermənistanda bir nəfər də olsun azərbaycanlı yaşamır. Eyni vəziyyəti biz də yarada bilərik. Yəni əgər Ermənistan ərazisində azərbaycanlı yoxdursa, bizim ərazidə niyə erməni olmalıdır?! Ancaq hələ ki bunu demirik. Biz deyirik ki, dinc, yanaşı yaşamaq istəyirsinizsə, dövlətimizə, xalqımıza qarşı cinayət törətməmisinizsə, vətəndaşlığımız qəbul edib qanunlarımıza tabe olun, qalın, yaşayın. Əks təqdirdə, siz əcnəbi vətəndaş kimi ərazilərimizi tərk etməlisiniz”.

E. Məmmədovun sözlərinə görə, separatçılara verilən vaxt və imkan daralır:

“Onlar nə qədər ərazimizdə əcnəbi vətəndaş kimi qalıb yaşamalıdırlar? Artıq bunlara xəbərdarlıq olunub, söz deyilib və oyun bitibdir. Qısası, ya vətəndaşlığımızı qəbul edib yaşayırsınız, ya da torpaqlarımızı tərk edirsiniz. Tərk etməsəniz, sizi ərazimizdən təmizləməyin yolunu yaxşı bilirik. 

Ermənilər hələ Nikol Paşinyan kimi çox təlxəklik edəcəklər. Onların qarşısını almaq üçün Azərbaycanın kifayət qədər resursları var. Yəni həm Azərbaycan qanunları, həm də beynəlxalq qayda-qanun çərçivəsində bunların bütün oyunbazlıqlarına lazımi cavab verilir və veriləcək”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!