Separatçıların müddətsiz aksiya blefi

saytların hazırlanması

Evə çatdırılma

Separatçıların müddətsiz aksiya blefi

Siyasət

24 İyul 2023 09:15 774


Qarabağ separatçıları iyulun 25-dən etibarən Xankəndidə müddətsiz aksiyalara start verəcək.

Yenisabah.az “Past”a istinadla xəbər verir ki, bu barədə qondarma rejimin “dövlət naziri” Qurgen Nersisyan məlumat verib.

Tanınmamış “DQR” nümayəndəsi açıqlamasında qeyd edib ki, qondarma “Artsax”ın “blokada” şəraitində olması guya bölgədə vəziyyəti gərginləşdirib. Separatçı, həmçinin Ermənistan vətəndaşlarına da müraciət edərək onların Xankəndinin İntibah meydanında keçiriləcək etiraz aksiyasına dəvət edib. Toyuqlu pizza

Q. Nersisyan “humanitar fəlakət”in aradan qaldırılması ilə yanaşı Qarabağın Azərbaycanın tərkib hissəsi olmayacağı ilə bağlı sərsəm bəyanatlar verməkdən də çəkinməyib. O vurğulayıb ki, “Artsax xalqı” buna əsla razı olmayacaq.

Xatırladaq ki, Azərbaycan tərəfinin qanunsuz malların keçidi ilə əlaqədar Laçın yolunu bağlamasından sonra Qarabağın dağlıq hissəsində fəaliyyət göstərən separatçılar silsilə etiraz aksiyalarına başlayıb. Onlar, hətta rəsmi Bakının təklif etdiyi Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə həyata keçirilməsi planlaşdırılan humanitar dəhlizdən belə imtina ediblər.

Bundan savayı, separatçılar Ağdam-Əsgəran yolu üzərində beton bloklarla barrikadalar quraraq bölgənin Azərbaycana reinqteqrasiya olmasına qarşı çıxacaqlarını vurğulayıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!