Separatçıların yeni hərbi mövqelərinin peyk görüntüləri yayıldı   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Separatçıların yeni hərbi mövqelərinin peyk görüntüləri yayıldı - VİDEO

Siyasət

13 Avqust 2023 12:13 1396


Erməni separatçıları Qarabağda öz qanunsuz hərbi fəaliyyətlərini 44 günlük müharibədən sonra da davam etdiriblər.

Yenisabah.az Azpolitika-ya istinadla xəbər verir ki, sosial şəbəkələrdə sözügedən qanunsuz hərbi fəaliyyətləri açıq şəkildə ortaya qoyan kadrlar yayılıb.

Pepperoni pizza

Kadrlardan görünür ki, erməni separatçıları 2020-ci ildə heç bir hərbi infrastruktur olmayan ərazidə sonradan yeni mövqelər inşa ediblər və silah sistemləri yerləşdiriblər. Sözügedən mövqelər Azərbaycan tərəfindən “Laçın” sərhəd-buraxılış məntəqəsi yaradılmamışdan əvvəl qurulub. 

Həmçinin kadrlarda Xankəndi istiqamətində müharibədən sonra yeni qurulmuş mövqelər də öz əksini tapıb. (Mənbə: “Qarabağ Open Data”)

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!