Serbiya Prezidenti: “İlham Əliyevin sözü imzasına bərabərdir“

saytların hazırlanması

Evə çatdırılma

Serbiya Prezidenti: “İlham Əliyevin sözü imzasına bərabərdir“

Siyasət

23 Noyabr 2022 17:17 778


"Biz Prezident İlham Əliyevin sözünə inanırıq, onun sözü imzasına bərabərdir". 

"Report" xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Belqradda keçirilən mətbuat konfransında bildirib.

"Biz enerji təminatı baxımından Azərbaycana və Prezident İlham Əliyevə minnətdarlığımızı bildirmək istəyirik. Serbiya, əlbəttə ki, sadiq bir tərəfdaşdır", - Serbiya lideri vurğulayıb. Dominos pizza

O qeyd edib ki, Azərbaycan və Prezident İlham Əliyev nəinki Serbiya üçün, eyni zamanda, hamı üçün tamamilə sadiq tərəfdaşdır:

"Müvafiq şəffaf protokollar imzalanmışdı, amma onun sözü bizim üçün yetərli idi. Biz Prezident İlham Əliyevin sözünə inanırıq, onun sözü imzasına bərabərdir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!