Serbiyada 44 yaşlı məşqçi oyun zamanı vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Serbiyada 44 yaşlı məşqçi oyun zamanı vəfat etdi

İdman

04 Noyabr 2025 01:43 360


Serbiya Superliqasının 14-cü turunda "Radniçki" komandasının baş məşqçisi Mladen Jijoviç "Mladost" klubuna qarşı matç zamanı vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Telegraf" məlumat yayıb.

Oyunun 22-ci dəqiqəsində 44 yaşlı məşqçi qəfildən özünü pis hiss edib və ehtiyat oyunçular skamyasının yanında yerə yıxılıb. Oyun dayandırılıb və təcili yardım briqadası dərhal hadisə yerinə gəlib. Qonaq komandanın baş məşqçisinə ilkin tibbi yardım göstərilib və o, xəstəxanaya aparılıb. Dördpendirli pizza

Oyun bərpa edildikdən iyirmi dəqiqə sonra hakim oyunu yenidən dayandırıb və futbolçulara məşqçinin öldüyü bildirilib.

Qeyd edək ki, Jijoviç 27 dekabr 1980-ci ildə anadan olub. Oyunçu karyerası ərzində Bosniya və Herseqovina, Albaniya və Serbiya klublarında oynayıb. O, həmçinin Bosniya və Herseqovina milli komandasında da çıxış edib. Mütəxəssis oktyabrın 23-dən "Radniçki"yə rəhbərlik etməyə başlayıb. Bu, Jijoviçin məşqçi kimi Superliqadakı üçüncü oyunu idi.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!