Sərdar Cəlaloğlu Şuşada nədən narazı qaldı?

saytların hazırlanması

Evə çatdırılma

Sərdar Cəlaloğlu Şuşada nədən narazı qaldı?

Siyasət

16 İyun 2022 21:32 2958


İyunun 15-də 40-a qədər siyasi partiya rəhbərlərinin Şuşaya səfəri qalmaqalsız ötüşməyib.

“Yeni Sabah” Teleqraf.com-a istinadən xəbər verir ki, Şuşa Bəyannaməsinin imzalanmasının 1-ci ildönümünə həsr olunmuş “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda keçirilən beynəlxalq konfransa partiya sədrləri də dəvət olunmuşdu.

Partiya sədrləri Şuşada xeyli şəkillər çəkdirib sosial şəbəkələrdə paylaşıblar. Amma ADP sədri Sərdar Cəlaloğlunun həmin fotolarda olmaması diqqətimizi cəlb etdi. Sezar pizza

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn məsələ ilə bağlı mətbuata açıqlamasında bildirib ki, Sərdar Cəlaloğlu da Şuşada olub.

"O, sadəcə şəkil çəkdirmək istəməyib", - P.Hüseyn deyib.

Məlumata görə, S.Cəlaloğlu Şuşaya səfər etsə də, bu səfərin formatı onu qane etməyib. Belə ki, dünənə qədər Rusiyanı tərifləyən, Türkiyəyə qarşı qısqanc mövqeyilə seçilənlərin onunla eyni avtobusa mindirilib, eyni tədbirə yola salınmasından narazı qalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!