“Şərəfsizə zorla şərəf verməyəcəyik” – Türk siyasətçidən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Şərəfsizə zorla şərəf verməyəcəyik” – Türk siyasətçidən açıqlama

Xalqın səsi

03 Noyabr 2019 08:31 3480


Türkiyəli siyasətçi, keçmiş millət vəkili Sinan Oğan millət vəkili Araz Əlizadənin İctimai Televiziyada yayımlanan 3D verilişində qonaq olarkən türklərlə bağlı səsləndirdiyi fikirlərə cavab verib.

S.Oğan bu barədə özünün Tvitter səhifəsində yazıb.

O, “Əbülfəz Elçibəy: ”Türk deyiləm” deyənə qarşı əsla israr etməyin. Allahın bəxş etdiyi şərəfi istəməyən şərəfsizə biz zorla şərəf verməyəcəyik”, - qeydini yazıb. Toyuqlu pizza

Qeyd edək ki, Türkiyə türkləri ASDP sədri, millət vəkili Araz Əlizadənin İctimai Televiziyada yayımlanan 3D verilişində Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Azərbaycanda pul müqabilində döyüşməsi və azərbaycanlılarla türklərin heç bir qan bağlılığının olmaması (azərbaycanlıların türk olmaması) barədə fikirlərinə sosial mediada ciddi etiraz edib.(Axar.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!