Sergey Lavrov Ərəbistana gedib

saytların hazırlanması

Evə çatdırılma

Sergey Lavrov Ərəbistana gedib

Dünya

31 May 2022 17:51 762


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fars körfəzi ölkələrinə səfəri çərçivəsində Ər-Riyada gəlib.

Yenisabah.az "RİA Novosti”yə istinadla xəbər verir ki, Lavrovun Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud ilə danışıqları planlaşdırılır.

İyunun 1-də Lavrov Rusiya-KƏŞ (Körfəz Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurası) Xarici İşlər Nazirləri Forumunun növbəti iclasında iştirak edəcək. Onun BƏƏ və Küveytin xarici işlər nazirləri də daxil olmaqla, bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub. pizza sifarişi

S. Lavrov sonuncu dəfə 2021-ci ilin martında Ərəbistan yarımadasına turne zamanı Ər-Riyada olub. Səudiyyə Ərəbistanından əvvəl o, Bəhreynə səfər edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!