Sergey Lavrov Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi

saytların hazırlanması

Evə çatdırılma

Sergey Lavrov Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi

Siyasət

28 Fevral 2023 10:53 621


Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 28-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova teleqram kanalında yazıb.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb. Pepperoni pizza

S.Lavrov həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!