Sərhəddə 1 milyon manatlıq qaçaqmal 

saytların hazırlanması

Evə çatdırılma

Sərhəddə 1 milyon manatlıq qaçaqmal 

Sosial

02 Aprel 2024 14:37 350


Bu ilin mart ayında sərhəddə ümumi dəyəri 1 milyon 122 min 461 manat olan qaçaqmal saxlanılıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin 2024-cü ilin mart ayı ilə bağlı məlumatında qeyd edilib. 

Məlumatda deyilir ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilmiş mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 1 milyon 122 min 461 manat оlan qaçaqmal, о cümlədən tüfəng, patron, ABŞ və RF valyutası GPS, elektroşok, balıq, dərman preparatları, spirtli içki və tütün məmulatları saxlanılıb.  Dördpendirli pizza

Bundan başqa, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 178 kiloqram 597 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 8178 ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!