“Sərhəddə atışmaya görə KTMT-ni çağırmaq?...” - Arsenyan

saytların hazırlanması

Evə çatdırılma

“Sərhəddə atışmaya görə KTMT-ni çağırmaq?...” - Arsenyan

Siyasət

10 Fevral 2022 22:58 1138


Ermənistan hökuməti Azərbaycanla bağlı vəziyyətə nəzarət edir və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) kömək istəməyəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının üzvü Qurgen Arsenyan deyib.

"Ermənistanda vəziyyət elə deyil ki, biz KTMT-ni köməyə çağırmağa məcbur olaq. Ölkəmizdə vəziyyət kifayət qədər ağırdır, lakin Ermənistan hakimiyyəti onu nəzarətdə saxlayır", - Arsenyan bildirib. pizza hut

O əlavə edib ki, Ermənistan Azərbaycanla sərhəddə atışmalara görə KTMT-dən öz ərazisinə hərbi kontingent göndərməyi xahiş etməyəcək.

"Paşinyanın başçılıq etdiyi Ermənistanın siyasi rəhbərliyinin gücü ondan ibarətdir ki, o, problemləri atəş açmaqdansa, danışıqlar yolu ilə tənzimləməyə üstünlük verir", - Arsenyan bildirib.Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!