Ermənistan rəhbərliyinin qarşıdakı KTMT tədbirlərində iştirak etməmək qərarı, təbii ki, təəssüf doğurur.
Yenisabah.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“İnanmırıq ki, bu qərar erməni xalqının uzunmüddətli maraqlarına cavab verir və bu dost ölkənin təhlükəsizliyinə və sabitliyinə töhfə verəcək. Eyni zamanda, anladığımıza görə, erməni həmkarlarımız təşkilatın nizamnamə orqanlarının işini əngəlləmək və ya artıq razılaşdırılmış sənədlərin icrasına mane olmaq niyyətində deyillər. Bu, mahiyyət etibarı ilə, İrəvanın sonradan işə qoşulması üçün qapını açıq qoyur. Ümid edirik ki, erməni müttəfiqləri yaxın gələcəkdə bu fürsətdən istifadə edəcəklər”, - deyə Zaxarova vurğulayıb. Toyuqlu pizza
Onun sözlərinə görə, Rusiya KTMT-nin xüsusilə indiki şəraitdə regional sabitliyin təmin edilməsi baxımından mühüm rol oynayacağına əmindir. “Qərarı hələ də müzakirə olunan Ermənistan-Azərbaycan sərhəd bölgəsində KTMT-nin monitorinq missiyasının yerləşdirilməsi, öz mövqeyini nümayiş etdirməkdə davam edən Aİ missiyasından fərqli olaraq, Ermənistanın təhlükəsizliyinin təmin edilməsində mühüm amil olardı. Aİ missiyası tam səmərəsizdir və dəfələrlə danışdığımız deyiləndən uzaq vəzifələri yerinə yetirir”.
Telegram kanalımız