Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat yayıb.
İyunun 13-də saat 04:22-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 28 kiloqram 288 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Sezar pizza
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Telegram kanalımız