Sərhəddəki qanlı döyüşlərin qalibi kim oldu?   - Hərbi ekspertdən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Sərhəddəki qanlı döyüşlərin qalibi kim oldu? - Hərbi ekspertdən açıqlama

Siyasət

19 Noyabr 2021 17:45 2990


Ermənistan-Azərbaycan sərhədində ermənilərin “Tistsernakar” adlandırığı Qızıltəpə yüksəkliyi ətrafında baş verən döyüşlərdə Azərbaycanın 7 hərbçisi şəhid olub. Ermənistan Müdafiə Nazirliyinin bugünkü açıqlamasında qarşı tərəf də 6 hərbçisini itirdiyini etiraf edib. Əsas sual: sərhəddəki bir günlük müharibənin, qanlı döyüşlərin qalibi kim olub?

Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, sərhədlərin demilitasiya və demarkasiyası olmasa da, Azərbaycan ordusu mövqelərini qoruya bilib:

“Noyabrın 16-sı saat 19:30-dan etibarən sərhəddə atəşkəs rejimi tətbiq olunub. Bu, Rusiyanın MN rəhbərinin Azərbaycanın və Ermənistanın müdafiə nazirlərinə zəngdən sonra baş tutub. Atəşkəsin bərpa olunması o deməkdir ki, həmin vaxta qədər sərhəddəki bölmələr harada idisə, həmin mövqedə qalırlar. Ermənilərin əvvəl olduğu 2 post hazırda ordumuzun nəzarətimizə keçib. Digər mövqelərdə mövqe dəyişməsi olmayıb”. pizza hut

Hərbi ekspert Elxan Şıxəliyev qeyd edib ki, əməliyyat şəraiti təbii ki, Azərbaycan SQ-nin nəzarəti altındadır:

“Baş verənin mahiyyəti budur ki, ermənilər yeni mövqe yaratmaq istəyib. Həmin yüksəkliklərin adlarını bilmirəm, amma fakt odur ki, heç kim indiki şəraitdə “bu ərazi mənimdir, ora sənin” iddiası edə bilməz. Sərhədlər hərbi xəritələrlə dəqiqləşdiriləcək. Amma bu proses getmədiyi üçün Azərbaycan SQ tərəfindən atılan addımların hamısının hüquqi bazası var. Sərhəd anlayışı yoxdursa, biz haradayıqsa, orada da durmağımız ən doğru addımdır”.

Rafi MÜSLÜMOV

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!