Sərhəddə TƏXRİBAT: Fransadan Laçına gələn TIR-larda nə var?

saytların hazırlanması

Evə çatdırılma

Sərhəddə TƏXRİBAT: Fransadan Laçına gələn TIR-larda nə var?

Siyasət

28 Avqust 2023 12:05 3692


“Fransanın Qarabağa 10 TIR-dan ibarət “humanitar yardım” göndərməsi şübhəsiz ki, humanitar bir aksiya deyil. Əksinə, bu, birmənalı şəkildə Azərbaycana qarşı həyata keçirilən növbəti təxribatdır”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

O, Paris, Marsel və Strasburq merlərinin müşayiəti ilə Fransadan Qarabağa göndəriləcək 10 TIR-dan ibarət “humanitar yük”lə bağlı mediada yayılan məlumatlara münasibət bildirib.  pizza mizza

E.Mirzəbəyli söyləyib ki, əgər bunun humanitar məqsədi olsaydı, Fransa Azərbaycanın ərazi bütövlüyünə hörmət edərək bunu Laçın-Xankəndi ərazisindən göndərmək istəməzdi. Onun sözlərinə görə, həmin humanitar yük Ağdam-Xankəndi yolu ilə göndərilsəydi, bu, Qarabağdakı erməni icmasına çatdırılacaqdı. 

Analitik əlavə edib ki, biz indiki şəraitdə paralel olaraq 2 istiqamətin birgə aparıldığının şahidi oluruq:

“Yəni BMT Təhlükəsizlik Şurasından öncə ilkin cəhd Ermənistan tərəfindən edildi. Çox güman ki, bu razılaşmanın şərtində Fransa əvvəlcədən yer almışdı. Onlar bəlli ssenari üzrə hərəkət etdilər, Azərbaycan sərhədinə yükləri göndərdilər və onlar qeyri-qanuni olaraq təbliğat aparmağa çalışdılar ki, guya Azərbaycan bütün normaları pozaraq öz ərazisində yaşayan sakinlərini blokada vəziyyətində saxlayır”. 

“Bəlli olduğu kimi, bu məsələ Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarıldı. Həmin müzakirədə də biz həm Ermənistan, həm Fransa, həm Birləşmiş Ştatların, həm də bir sıra dövlətlərin mövqelərinin şahidi olduq. Lakin bütün bu cəhdlərə baxmayaraq, bu təxribat baş tutmadı, nəticə vermədi”, – siyasi təhlilçi bildirib. 

Müsahibimizə görə, indi isə ikinci cəhd bu provokasiyanın başında duran Fransa tərəfindən həyata keçirilir: 

“Birinci addımın təşəbbüskarı da istisnasız olaraq Fransa idi. İndi rəsmi Paris birinci cəhdinin nəticə vermədiyini görüb ikinci cəhdini reallaşdırmağa çalışır. Bu cəhdin də iflasa uğrayacağına şübhə etmirəm. Çünki bundan öncə diplomatların Azərbaycan sərhədinə səfəri, mövcud situasiya ilə tanış olmaları, ATƏT nümayəndəsinin prosesləri izləməsi humanitar yük şousunun məqsədyönlü xarakter daşıdığını sübuta yetirir. Əks təqdirdə, məsələ humanitar xarakter daşısaydı, bu proseslər Laçın yolu vasitəsilə həyata keçirilməzdi”. 

“Bugünkü qüvvələr nisbəti, mövcud konfiqurasiya, eyni zamanda BMT Təhlükəsizlik Şurasındakı ümumi vəziyyət Azərbaycanın ədalətli mövqeyinin müdafiə olunmasına və Fransanın məlum təxribatları törətməsinə imkan vermir. Amma Paris bu dəfə daha geniş təxribatlar keçirməyə cəhd edəcək”, - o, fikirlərini yekunlaşdırıb.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!