Azərbaycan-Gürcüstan sərhədində Əlcəzairin 2 vətəndaşının dövlət sərhədini pozmasının qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Yeni Sabah"a verilən məlumata görə, oktyabrın 4-də Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Qax rayonunun Lələli kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən Əlcəzair vətəndaşları 1995-ci il təvəllüdlü Bouremad İshak və 1991-ci il təvəllüdlü Boulekroune Farouq sərhəd pozucusu qismində saxlanılın.
Saxlanılan şəxslərin sentyabrın 25-də Türkiyədən İstanbul-Bakı reysi ilə Azərbaycan Respublikasına gəlmələri müəyyən olunub. Araşdırma zamanı Əlcəzair vətəndaşları dövlət sərhədini pozaraq Gürcüstana, oradan isə Türkiyəyə və Avropa ölkələrinə keçmək niyyətində olduqlarını bildiriblər. Dördpendirli pizza
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Telegram kanalımız