“Ermənistan tərəfi Azərbaycanı təqsirləndirməyə çalışır ki, guya ordumuz Ermənistanın suveren ərazilərinə daxil olub. Lakin bu yanlış yanaşmadır, çünki delimitasiya həyata keçirilməyib və belə olan halda Azərbaycanı təqsirləndirmək yersizdir”.
Bu sözləri Yenisabah.az-la söhbətində siyasi şərhçi İlyas Hüseynov deyib.
O, noyabrın 3-də Brüsseldə Avropa İttifaqının sədrliyi ilə keçirilən sərhəd komissiyalarının görüşü barəsində münasibət bildirib: Toyuqlu pizza
“Hazırda əsas məsələ Ermənistan və Azərbaycan arasında dövlətlərarası sərhədlərin müəyyənləşdirilməsidir. Sərhədlərin müəyyənləşdirilməsi daha çox rəsmi Brüsselin marağındadır və Brüssel bu prosesi yekunlaşdırmaq niyyətindədir. Moskvanın isə əsas üstünlük qazanmaq istədiyi məsələ iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasıdır.
Avropa İttifaqı həm də Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəyir. Ermənistan ərazisində Avropa İttifaqının mülki missiyası yerləşdirilib. Oxşar, lakin qanunsuz missiya ATƏT-indir”.
Siyasi şərhçinin sözlərinə görə, Praqa görüşündə delimitasiya komissiyasının işinin oktyabrın sonuna qədər keçirilməsi nəzərdə tutulurdu:
“Soçidə üçtərəfli görüş keçirildi və buna görə də delimitasiya komissiyasının işi noyabra qaldı. Əldə olunan nəticə onu deməyə əsas verir ki, proses intensivləşdirilir. Yadınızdadırsa, Paşinyan da fikirlərində belə bir cümlə işlətmişdi ki, “delimitasiya işləri yekunlaşdırılmalı və sülh müqaviləsi imzalanmalıdır””.
Həm Praqa, həm də Soçi bəyanatlarından görürük ki, tərəflər BMT Nizamnaməsinə uyğun olaraq, münasibətlər qurur və Almatı bəyannaməsinə sadiqliyini ifadə edirlər. Almatı bəyanamməsindən irəli gələn sərhədlər müəyyənləşdiriləcək. Əgər bu proses operativ şəkildə icra olunmasa, onda Azərbaycan digər xəritələri diktə edə bilər və nəzərə almaq lazımdır ki, Ararat Respublikası (Birinci erməni respublikası – red.) cəmi 9 min kv/km idi. Lakin 1991-ci ildə Ermənistan müstəqilliyini elan edəndə bu ərazi 29.743 kv/km-lə bitdi”, – deyə müsahibimiz fikirlərini tamamlayıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız