“Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı 44 günlük müharibənin qalibi kimi Azərbaycan dəfələrlə öz mövqeyini ortaya qoyub”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.
O, son Brüssel görüşündən sonra Azərbaycan və Ermənistan liderlərinin sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı təyin etdiyi komissiyalar, ötən gün sərhəddə baş tutan görüş, habelə sərhədlərin təyin olunmasında hansı xəritələrdən istifadə edilməsi ilə bağlı mülahizələrini bildirib: pizza sifarişi
“Hesab edirəm ki, Brüsseldə sərhədlərin delimitasiyası ilə bağlı qərarın verilməsi və işçi qrupları səviyyəsində ilk görüş artıq əməli addımdır. Bu məsələdə Moskva və Brüssel biri digərinə vasitəçi kimi güzəştə getməyə çalışmır”.
T. İsmayılov vurğulayıb ki, sərhədlərin müəyyənləşməsi üçün istifadə olunacaq xəritələr müzakirə olunacaq məsələdir.
“Ermənistan tərəfi növbəti dəfə hansısa qondarma xəritələrdən bəhs edir. Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi və Baş Qərargah İdarəsində olan xəritələrin də reallığa nə qədər əsaslanması ilə bağlı ortada hələ də dəqiq fakt yoxdur. Eyni zamanda, Azərbaycanın da rəsmi olaraq hansı xəritələrə istinad edəcəyi hələ ki, açıqlanmayıb.
Düşünürəm ki, bu prosesdə Ermənistan təxribatçı addımlar atmaq iqtidarındadır. Biz Ermənistanın təqdim etdiyi və yaxud Rusiya MN-də saxlanmış, əsası olmayan xəritələrə deyil, real tarixi faktları özündə əks etdirən xəritələrə əsaslanmalıyıq.
Fikrimcə, xəritələr mövzusunda o qədər də problemlər olmayacaq. Ermənistan bu məsələdə də vaxt udmağa çalışsa, nəticə yenə də Azərbaycan maraqlarının təmin olunması ilə yekunlaşacaq”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız