Uşaq və yeniyetmələrin uzun müddət, fasiləsiz televizor qarşısında əyləşməsi, xüsusi ilə serial izləməsi onların psixoloji və emosional sağlamlığı baxımdan ciddi risklər yarada bilər.
“Yeni Sabah” xəbər verir ki, ispan psixoloqları və pediatrlarının apardığı tədqiqatlar bu təsirləri sistemli şəkildə üzə çıxarıb.
Məsələn, İspaniyadan gerçəkləşdirilən bir araşdırmada gün ərzində boş vaxtlarının çox hissəsini ekran qarşısında keçirən 6-12 yaş aralığındakı uşaqlarda emosional və davranış problemləri aşkarlanıb. Araşdırma müəllifləri vurğulayıblar ki, uşaqda diqqət, yuxu ritminin pozulması və narahatlıq hallarının artması ekran qarşısında uzun vaxt keçirməklə sıx bağlıdır. pizza sifarişi
Aparılan sistemli təhlilin nəticələrinə görə, ekran vaxtının çox olması uşaq və yeniyetmələrin kənarlaşmasına, sosial və emosional inkişafda geriləmələrinə yol aça bilər. Araşdırmada qeyd olunub ki, televiziya izləməsi uşaqlarda koqnitiv və sosial-emosional inkişafı mənfi istiqamətə yönləndirə bilər.
Beləliklə, serialların uşaq psixologiyasına mənfi təsirləri aşağıdakılar kimi sıralanıb:
Uzun müddətli ekran istifadə yuxu keyfiyyətini aşağı sala və uşaqlarda yorğunluq, konsentrasiya problemləri yarada bilər.
Ekran qarşısında passiv vaxtın artması uşağın fiziki aktivliyini azaldaraq sedentar həyat tərzinə keçir və bu da emosional sabitlik və sağlamlıq baxımından risk yaradır.
Seriallarda və ya digər ekran məzmunlarında şiddət, qorxu, aqressiv davranış nümunələrinin çoxluğu uşaqlarda qorxu hissi, travma reaksiyaları, sosial qarşılıqlı əlaqədə çətinliklər törədir.
Uşağın ekran qarşısında keçirdiyi vaxt valideyn-uşaq, dostları ilə qarşılıqlı əlaqə və sosial bacarıqların formalaşması üçün lazım olan vaxtı azalda, bu isə emosional dayanıqlılığı zəiflədə bilər.
Ona görə də valideynlərə tövsiyə olunur ki, uşağın ekran qarşısında uzun müddət oturmasını məhdudlaşdırsınlar, izlədiyi məzmunu əvvəlcədən bilsinlər və alternativ oyun, idman, sosial fəaliyyətlər təklif etsinlər.
Əsmətxanım
Telegram kanalımız