“Serj Sarkisyan 7 bölgəni və Qarabağın yarısını Azərbaycana verməyə hazır idi”.
Yenisabah.az “Novosti Armenii”yə istinadla xəbər verir ki, bunu Ermənistanın istefa vermiş baş naziri Nikol Paşinyan bu gün parlamentin iclasında bildirib.
Paşinyan, xüsusilə Sarkisyanın 2016-cı ilin noyabrında "Rossiya Seqodnya" agentliyinə verdiyi müsahibəsini xatırladıb. “Sarkisyan o vaxtlar 7 bölgəni Azərbaycana təhvil verməyə hazır olduğunu bildirdi. Ancaq Azərbaycan daha çox şey tələb edirdi. Sarkisyan hər dəfə Azərbaycanın yeni tələblər irəli sürdüyünü söylədi. Sizə daha çox məlumat verəcəyəm: Serj Sarkisyan Azərbaycana daha çox, Qarabağın yarısına qədərini verirdi, lakin Azərbaycan “yox” dedi”. Pepperoni pizza
Sabiq baş nazir əlavə edib ki, sovet dövründə Qarabağ əhalisinə bərabər olan əhali referenduma qatılmalı idi. “Əgər belədirsə, sovet dövründə Qarabağda 40.000 azərbaycanlının yaşadığı nəzərə alınmalıdır. Əgər bu 40 min azərbaycanlı, Sarkisyanın rəyinə görə, Qarabağ sakini statusu almışdısa, onda mən onların harada yaşamalı olduqlarını soruşuram. Bu 40 min azərbaycanlının, öz növbəsində, müqəddəratını referendumla təyin etmək istəməsinə dair zəmanətlər haradadır?”
Paşinyanın sözlərinə görə, referendumun harada, yəni təkcə Qarabağda və ya bütün Azərbaycan keçiriləcəyi də məlum deyilmiş.
Telegram kanalımız