Sərkar kəndində açılış keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Sərkar kəndində açılış keçirildi

Rəsmi

01 Fevral 2019 19:30 1064


“Japan Tobacco International” (JTI) şirkətinin Azərbaycandakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə həyata keçirib.

Sayca 11-ci olan layihə Samux rayonunun Sərkar kəndində Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) və Samux Rayon İcra Hakimiyyəti ilə birgə həyata keçirilib.

Layihənin açılış mərasimində çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev və MQF-nin prezidenti Rauf Zeyni layihənin icrasında maliyyə dəstəyi göstərdiyinə, xüsusilə də belə bir layihənin Samux rayonunda icra edilməsinə görə JTI şirkətinə öz minnətdarlığını bildiriblər. Qeyd edilib ki, layihə əhalinin sosial-iqtisadi məsələlərinin həllində vacib rol oynayacaq. Şirkətin Azərbaycandakı nümayəndəliyinin meneceri Əli Verdiyev isə layihənin özəl sektor, vətəndaş cəmiyyəti və icra hakimiyyəti orqanının birgə əməkdaşlığı nəticəsində mümkün olduğunu qeyd edərək, belə layihələrin insanların həyat şəraiti və rifahının yaxşılaşdırılmasında mühüm rol oynadığını bildirib. Daha sonra su təchizatı qurğusu yerli əhalinin istifadəsinə verilib. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!