Sərnişin avtobus sürücüsünü belə döydü -   Video

saytların hazırlanması

Evə çatdırılma

Sərnişin avtobus sürücüsünü belə döydü - Video

Kriminal

29 Aprel 2021 15:47 890


Abşeronda sərnişin avtobusunda insident baş verib.

Yenisabah.az-ın məlumatına görə, hadisə bu gün rayonun Xırdalan şəhəri ərazisində 119 saylı marşrut xətti üzrə avtobusda qeydə alınıb.

Belə ki, 10 TG 080 dövlət qeydiyyat nişanlı avtobusa arxa qapıdan daxil olan sərnişinə sürücü marşrut xəttinin kart sistemi ilə fəaliyyət götərdiyini və ön qapıdan daxil olaraq ödəniş etməsini bildirib. Marqarita pizza

Bunu qəbul etməyən sərnişin sürücüyə hücum edib, ona yumruqla zərbə endirərək bədən xəsarətləri yetirib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verilib.

Araşdırma aparılır. (Report)

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!