Sərnişin avtobusu baryerlərə çırpılıb yandı -   8 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Sərnişin avtobusu baryerlərə çırpılıb yandı - 8 nəfər öldü

Dünya

31 May 2026 09:31 2234


Türkiyənin Dənizli vilayətində sərnişin avtobusu yanıb.

“Yeni Sabah” “Sözçü”yə istinadən xəbər verir ki, hadisə nəticəsində biri uşaq olmaqla azı 8 nəfər ölüb, 33 nəfər yaralanıb. 

Məlumata əsasən, avtobusda başlayan yanğın qısa müddətdə genişlənərək nəqliyyat vasitəsini tamamilə alov bürüyüb. Hadisə yerinə çoxsaylı yanğınsöndürən, polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralanan şəxslərin xəstəxanaya yerləşdirildiyi bildirilir. pizza sifarişi

Türkiyə rəsmiləri hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün istintaq başladıldığını açıqlayıb. Ölən və yaralananların şəxsiyyəti ilə bağlı məlumatların dəqiqləşdirildiyi qeyd olunur.

Hadisə ilə bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!