ABŞ-nin Müharibə Nazirliyi (Pentaqon) iyun ayında NATO-nun Brüsseldəki qərargahında Birləşmiş Ştatlar qüvvələrinin Avropadakı müdafiə sistemindən qismən çıxarılması ilə bağlı konkret planları təqdim etməyi planlaşdırır.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Almaniyanın “Welt am Sonntag” qəzeti ABŞ Müdafiə Nazirliyindəki yüksəkvəzifəli mənbəyə istinadən yazıb.
“Bu dəyişikliklər NATO-nun növbəti qüvvələrin formalaşdırılması konfransında qoşunlar və hərbi imkanlarla bağlı təklifimizə daxil ediləcək”, - deyə Pentaqon nümayəndəsi bildirib. Sezar pizza
Növbəti belə konfransın iyunda keçiriləcəyi qeyd olunur.
Telegram kanalımız