Fransada tutulanların sayı 780 nəfərə çatdı

saytların hazırlanması

Evə çatdırılma

Fransada tutulanların sayı 780 nəfərə çatdı

Dünya

31 May 2026 17:58 244


PSJ-nin UEFA Çempionlar Liqasının finalında “Arsenal”ı penaltilər seriyasında məğlub etməsindən sonra Fransada kütləvi iğtişaşlar baş verib.

“Yeni Sabah” xarici mətbuata istinadən bildirir ki, Fransa daxili işlər naziri Laurent Nunez ölkə üzrə 780 nəfərin saxlanıldığını açıqlayıb.

Onlardan 480 nəfəri Parisdə saxlanılıb. Hadisələr zamanı 57 polis əməkdaşı yaralanıb. pizza mizza

Məlumata əsasən, PSJ azarkeşlərinin qələbə sevinci bəzi şəhərlərdə qarşıdurmalarla müşayiət olunub. Avtomobillər yandırılıb, mağazalara ziyan vurulub, polisə qarşı müqavimət göstərilib.

Fransa polisi Parisdə təhlükəsizlik tədbirlərini gücləndirib. Paytaxtda asayişin qorunması üçün 5 780 polis və jandarm, həmçinin 2 500 yanğınsöndürən səfərbər edilib.

Qeyd edək ki, PSJ finalda “Arsenal”ı penaltilərlə məğlub edərək Çempionlar Liqasının qalibi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!