Kirill Ermənistanın ağıllanması üçün dua edəcək

saytların hazırlanması

Evə çatdırılma

Kirill Ermənistanın ağıllanması üçün dua edəcək

Dünya

31 May 2026 14:32 419


Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə Ermənistanın “ağıllanması” və Rusiyanın maraqlarının xilası üçün dua etmək tapşırılıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Rusiyanın “Kremlyovskaya Tabakerka” Teleqram kanalı Kremldəki mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, dua mərasimləri şəxsən Patriarx Kirill və bir neçə seçilmiş ruhani tərəfindən yaxın günlərdə keçiriləcək: Marqarita pizza

“Ermənistanla bağlı işlərimiz çətindir. Onu itiririk və Vladimir Putin çox əsəbidir. Və bununla bağlı nəsə etmək bizim üçün çətindir - hərbi seçim hələ də sual altındadır, gücümüzə başqa yerdə ehtiyacımız var. Təzyiq göstərəcəyik, amma bunun nə qədər təsirli olacağını demək çətindir. Buna görə də onlara dua etməyi tapşırdıq. Ermənistanın ağıllanması, Rusiyanın maraqlarının xilas olması və Tanrının bizə müttəfiq saxlaması üçün. Dünya arenasında işlər çətindir. Bəzən elə görünür ki, bizi yalnız dualar xilas edəcək”. Axar.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!